Prezidentin iradı Hacıbala Abutalıbovu hərəkətə gətirdi

Prezidentin iradı Hacıbala Abutalıbovu hərəkətə gətirdi

Prezidentin iradı Hacıbala Abutalıbovu hərəkətə gətirdi

person access_time 3 il əvvəl
thumb_up 0 thumb_down 0 visibility1026

yeralti_dayanacaqBakı meri "Bakı şəhəri ərazisində avtomobil duracaqlarının təşkil edilməsi haqqında" sərəncam imzalayıbBakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara giriş hissələrdə qanunsuz parklanmaların qarşısının alınması üçün tədbirlər görüləcək.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Bakı şəhəri ərazisində avtomobil duracaqlarının təşkil edilməsi haqqında" sərəncam imzalayıb.

Yeni sərəncama əsasən Bakı şəhərinin prospektlərində, parkların ətrafında, xiyabanlarda, metro stansiyaları yaxınlığında, səkilərdə bütün qanunsuz avtodayanacaqlar tamamilə ləğv ediləcək.

Bakı şəhər İcra Hakimiyyətinin başçısının sərəncamı ilə belə dayanacaqları təşkil edən fiziki və hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cərimə sanksiyaları tətbiq olunacaq. Tıxacların səngiməsi məqsədi ilə müvəqqəti dayanacaqların yaradılması haqqında qərar qəbul edilib. Yeni dayanacaqlarda tariflər üçün xüsusi lövhələr də quraşdırılacaq.

Sərəncamda qeyd edilib ki, Daxili İşlər Nazirliyinə müraciət olunmalıdır ki, Bakı şəhəri ərazisində durma və parklanma probleminin aradan qaldırılması və tıxacların qarşısının alınması üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə və Bakı Şəhər Baş Polis idarəsinə müvafiq göstərişlər və tapşırıqlar versin.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə nəqliyyat vasitələrinin mənsubiyyəti ilə bağlı məlumatların əldə edilməsi üçün "Nəqliyyat Vasitələrinin Qeydiyyatı" bazasından istifadə etməyə müvafiq şərait yaratmalıdır. DİN sərəncamdan irəli gələn məsələlərin həlli və avtonəqliyyat vasitələrinin duracaqlara yerləşdirilməsi istiqamətində Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə lazım olan köməklik göstərilməsini təmin etməlidir.

Xəbərlər

Taksi sürücüsü naməlum şəxslər tərəfindən qaçırıldı

...

access_time5 gün əvvəl
Rövşən Tağıyev: Müştərilərimizi getdikləri ünvana qədər müşaiət edirik

...

access_time5 gün əvvəl
Gəncədə dəhşətli qətl törədilib

20 yaşlı oğlan meyit...

access_time5 gün əvvəl
zoom_in zoom_out