Gəncə Olimpiya İdman Kompleksində cüdo üzrə açıq birincilik keçirilir

Gəncə Olimpiya İdman Kompleksində cüdo üzrə açıq birincilik keçirilir

Gəncə Olimpiya İdman Kompleksində cüdo üzrə açıq birincilik keçirilir

person access_time 5 il əvvəl
thumb_up 0 thumb_down 0 visibility691

Gəncə Olimpiya İdman Kompleksində cüdo üzrə açıq birincilik keçirilir. Yarış əməkdar məşqçi, SSRİ idman ustası Ziyabil Abbasovun xatirəsinə həsr olunub. Turnirdən öncə Ziyabil Abbasovun məzarı idman ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilib. Unudulmaz məşqçinin ruhuna dualar oxunub, qəbri önünə əklil qoyularaq, tər qərənfillər düzülüb.

Daha sonra Olimpiya kompleksində düzənlənən turnirin rəsmi açılış mərasimi keçirilib. Çıxış edən natiqlər əməkdar məşqçinin fəaliyyətindən, onun Gəncə idmanının inkişafı yönündə gördüyü işlərdən, Avropa və dünya çempionları yetişdirməsindən bəhs ediblər. Ziyabil Abbasovun daim məşqçi və idmançıların qəlbində yaşayacağı, onun xatirəsinin hər zaman ehtiramla anılacağı bildirilib. Rəsmi hissənin ardından yarışa start verilib.

Fəxri idman işçisi Eldar Həsənov: “Ziyabil Abbasovun gözəl yetirmələri var. Onun yetirmələri arasında Olimpiya oyunlarının mükafatçısı Mövlüd Mirəliyev, dünya çempionları Şahmuraz Qasımov, Azər Cəfərov, hazırda Gəncə şəhər yığma komandasının baş məşqçisi Ceyhun Bayramovun adını çəkmək olar. Ziyabil müəllimin yaxşı məşqçilik qabiliyyəti var idi. O həm yaxşı dost idi, həm yaxşı ailə başçısı idi, bununla bərabər, o həm də çox vətənpərvər insan idi”.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gəncə Regional Cüdo Federasiyası ilə birgə təşkilatçılığı ilə reallaşan yarışda 1999-2001-ci il təvəllüdlü yeniyetmə tatami ustaları mübarizə aparırlar. Turnir 10 çəki dərəcəsində keçirilir. Tatami üzərində Gəncə cüdoçuları ilə yanaşı, Bakı, Sumqayıt, Zaqatala, Mingəçevir, Bərdə, Ağcabədi, Naftalan, Samux, Şəmkir, Laçın, Yevlax, Ağdam, Goranboy və Şirvan rayonlarının təmsilçiləri mübarizə aparır.

Gəncədən turnirdə TRİM, 1 və 2 saylı UGİM-ləri, eyni zamanda “Spartak” və “Dinamo” idman cəmiyyətlərinin idmançıları iştirak edir. Ümumilikdə 24 komandanın 250-yə yaxın cüdoçusu medallar uğrunda mübarizəyə qatılıb.

Yarışın sonunda mükafatçılar arasına düşən idmançılara medal, fəxri fərman və hədiyyələrə təqdim olunacaq

Xəbərlər

Millimiz Ukraynaya uduzub

Millimiz Ukraynaya u...

access_time9 saat əvvəl

"Qarabağ"a jest - ...

access_time1 gün əvvəl
Üçqat dünya çempionu rinqə qayıdır

Üçqat dünya çempionu...

access_time1 gün əvvəl
zoom_in zoom_out