Krım tatarları ayağa qalxdı

Krım tatarları ayağa qalxdı

Krım tatarları ayağa qalxdı

person access_time 4 il əvvəl
thumb_up 0 thumb_down 0 visibility857

826Onlar yeni Kiyev hökumətinin tanınmamasını tələb edirlərUkraynada Krım tatarları Kiyevdə yeni hökumətin tanınmaması tələbi ilə ayağa qalxıblar. Krım muxtar vilayətinin mərkəzi Simferopolda Krım Ali Şurasının binası önündə keçirilən aksiyaya bu gün yüzlərlə krım tatarı qoşulub.

Tatarların əksəriyyəti Kiyevdə yeni hökumətin tanınmamasını və Krımın ayrılmasını dəstəkləyir. Bir neçə gün əvvəl isə Krım Ali Şurasının önündə Ukrayanın ərazi bütövlüyünün qorunması tələbi ilə müddətsiz aksiya başladılmışdı. İki aksiyanın iştirakçıları arasında qarşıdurma baş verib. Şuranın önündə 100-ə yaxın milis əməkdaşı keşik çəkir və onlar bir-birinə qarşı olan kütləni ayırmağa çalışırlar. İğtişaşlar zamanı xəsarət alanların da olduğu bildirilir.

Yeni Kiyev hökumətinin əleyhdarları Krım tatarlarını Krım parlamentinin həyətindən sıxışdıraraq çıxarıblar. Aksiya iştirakçılarının sayının saatbasaat artdığı bildirilir.

Bu arada, Ukrayna müxalifətinin liderlərindən biri, «UDAR» partiyasının lideri Vitali Kliçko prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

Xəbərlər

Millimiz Ukraynaya uduzub

Millimiz Ukraynaya u...

access_time9 saat əvvəl

"Bitkoin erası" biti...

access_time9 saat əvvəl
Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl v...

access_time9 saat əvvəl
zoom_in zoom_out