Azərbaycanda müəllim sosial şəbəkədəki paylaşımlarına görə cəzalandırıldı - FOTO

Azərbaycanda müəllim sosial şəbəkədəki paylaşımlarına görə cəzalandırıldı - FOTO

Azərbaycanda müəllim sosial şəbəkədəki paylaşımlarına görə cəzalandırıldı - FOTO

person access_time 4 gün əvvəl
thumb_up 322 thumb_down 9 visibility2525

Azərbaycanda müəllimə sosial şəbəkədəki paylaşımlarına görə töhmət verilib.

Hürriyət Azərbaycan xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Söhbət Masallı rayonu, Çayqıraq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Abdinov Rabil Ramiz oğlundan gedir.

Paylaşımda qeyd olunub ki, həmin müəllimə sosial şəbəkələrdəki qeyri-etik paylaşımlarına görə dəfələrlə məktəb rəhbərliyi tərəfindən xəbərdarlıq olunub. Lakin şifahi xəbərdarlığa fikir verməyən müəllim sosial şəbəkədə mütəmadi olaraq, peşəsinə yaraşmayan ifadələrlə paylaşımlarını davam etdirib.

Masallı rayon Çayqıraq kənd ümumi orta məktəbinin direktoru Tahir Bağırov şifahi xəbərdarlıqlara məhəl qoymayan müəllimə töhmət verilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, Abdinov Rabil Ramiz oğluna “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci maddəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Müəllim isə mövcud vəziyyətə etiraz edərək bunu öz hesabında paylaşıb. O bildirib ki, heç kim ona şifahi xəbərdarlıq etməyib:

“İddia edilir ki, bu əmrin verilməsi üçün müvafiq sənədlər olub. Məktəbin direktoru mənimlə bir neçə ildir danışmır və heç vaxt da şifahi xəbərdarlıq etməyib. Mən bu töhmətdən bir nəticə çıxarmadım. Əksinə, mənim boynuma qoyulan təhqirləri davam etdirəcəyəm”

 

Xəbərlər

Koronavirusla bağlı son STATİSTİKA

Koronavirusla bağlı ...

access_time1 gün əvvəl
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti burax...

access_time1 gün əvvəl
Azərbaycanda iki yaşlı uşağı kürəklə qətlə yetirdilər

Azərbaycanda iki yaş...

access_time1 gün əvvəl
zoom_in zoom_out