Sumqayıtda modul tipli xəstəxanaya 44 koronavirus xəstəsi yerləşdirildi

Sumqayıtda modul tipli xəstəxanaya 44 koronavirus xəstəsi yerləşdirildi

Sumqayıtda modul tipli xəstəxanaya 44 koronavirus xəstəsi yerləşdirildi

person access_time 4 gün əvvəl
thumb_up 322 thumb_down 8 visibility2556

“Sumqayıtda artıq fəaliyyətə başlayan modul tipli xəstəxanaya 44 koronavirus xəstəsi yerləşdirilib. Onlar orta ağırlıq dərəcəsində olan xəstələrdir”.

Bunu Xeberle.com-a açıqlamasında Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova deyib. 

S.Sadıxova bildirib ki, oksigen dəstəyinə ehtiyacı olan xəstələr isə Sumqayıt pandemiya xəstəxanasının əsas korpusunda müalicələrini davam etdirirlər:

“Nəzarət 2 saylı şəhər xəstəxanasının rəhbərliyinə həvalə edilib. Burada üç növbəli sistem qurulub və 35 tibb personalından ibarət işçi heyəti var”.

Qeyd edək ki, Sumqayıtda fəaliyyət göstərən modul tipli xəstəxana üç bölmədən, 100 palatadan ibarətdir və 200 çarpayılıqdır.

Palataların hər biri süni tənəffüs aparatı və zəruri avadanlıqla təchiz edilib.

Xəbərlər

Koronavirusla bağlı son STATİSTİKA

Koronavirusla bağlı ...

access_time1 gün əvvəl
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti burax...

access_time1 gün əvvəl
Azərbaycanda iki yaşlı uşağı kürəklə qətlə yetirdilər

Azərbaycanda iki yaş...

access_time1 gün əvvəl
zoom_in zoom_out