DİM buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə müraciət etdi

DİM buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə müraciət etdi

DİM buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə müraciət etdi

person access_time 1 həftə əvvəl
thumb_up 322 thumb_down 7 visibility2491

Dövlət İmtahan Mərkəzi 2 və 3 iyul tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarında iştirak edəcək şəxslərə müraciət edib.

DİM-dən verilən məlumata görə, şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.

Bundan əlavə, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

2 və ya 3 iyul tarixlərində imtahan verən şəxslər DİM-in saytında yerləşdirilmiş müvafiq keçidlər vasitəsilə “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni” çap edə bilərlər:

– Əvvəlki illərin məzunları üçün I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi və kolleclərə qəbul imtahanı, Naxçıvan;

–  9 və ya 11-ci sinif üzrə buraxılış imtahanları;

– Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;

– Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı, Naxçıvan.

Xəbərlər

Koronavirusla bağlı son STATİSTİKA

Koronavirusla bağlı ...

access_time1 gün əvvəl
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti burax...

access_time1 gün əvvəl
Azərbaycanda iki yaşlı uşağı kürəklə qətlə yetirdilər

Azərbaycanda iki yaş...

access_time1 gün əvvəl
zoom_in zoom_out