Azərbaycanda bəbirin öldürülməsi iddiası: Əslində, nə baş verib? - FOTOFAKT

Azərbaycanda bəbirin öldürülməsi iddiası: Əslində, nə baş verib? - FOTOFAKT

Azərbaycanda bəbirin öldürülməsi iddiası: Əslində, nə baş verib? - FOTOFAKT

person access_time 1 həftə əvvəl
thumb_up 425 thumb_down 6 visibility2533

Sosial şəbəkələrdə Lənkəranda bir gəncin bəbiri öldürməsi barədə məlumat paylaşılıb. İddia olunur ki, dünən Ruslan adlı gənc ona hücum edən yırtıcını boğaraq öldürüb.

Hürriyət Azərbaycan-ın məlumatına görə, hadisənin Azərbaycanda baş vermiş kimi təqdim edilməsi yanlışdır.

Sözügedən hadisə 2013-cü ilin noyabr ayında Türkiyənin Diyarbəkir şəhərində baş verib. Bəbir bir çoban tərəfindən öldürülüb.

Şəhər yaxınlığında görülən bəbirin çoban tərəfindən ov tüfəngi ilə vurulması ilə əlaqədar Türkiyənin Təbiəti Qoruma və Milli Parklar Agentliyi tərəfindən verilmiş iddia ərizəsi əsasında cinayət işi başlanılıb.

Çoban bəbiri özünümüdafiə məqsədilə vurduğunu bildirib. Əvvəlcə 50 min türk lirəsi həcmində cərimə təyin olunsa da, sonradan bu məbləğ 434 lirəyə enib. Məhkəmənin qərarına əsasən, çoban qanunsuz silah gəzdirmə və fişəng güllə əvəzinə odlu güllədən istifadə etdiyinə görə cəzalandırılıb.

 

Xəbərlər

Koronavirusla bağlı son STATİSTİKA

Koronavirusla bağlı ...

access_time1 gün əvvəl
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti burax...

access_time1 gün əvvəl
Azərbaycanda iki yaşlı uşağı kürəklə qətlə yetirdilər

Azərbaycanda iki yaş...

access_time1 gün əvvəl
zoom_in zoom_out