Uşaqlarda koronavirusun əsas simptomları açıqlandı

Uşaqlarda koronavirusun əsas simptomları açıqlandı

Uşaqlarda koronavirusun əsas simptomları açıqlandı

person access_time 2 həftə əvvəl
thumb_up 322 thumb_down 8 visibility2742

Uşaqlarda koronavirusun əsas əlamətləri hərarət, ishal və qusmadır. Alimlər Qərbi Çində dörd xəstəxanada araşdırma apardıqdan sonra bu nəticəyə gəliblər.

Onların tədqiqatları “PLoS Medicine” nəşrində dərc olunub.

COVID-19-a yoluxan uşaqların 76 faizi qızdırmadan əziyyət çəkir (yoluxan böyüklərdə bu əlamətə xəstələrin 50 faizdən az hissəsində rast gəlinir). Bundan əlavə, yoluxmuş uşaqların 62 faizində güclü öskürək aşkarlanıb, digər 12 faizində isə ishal və qusma müşahidə edilib.

Alimlər onu da qeyd edirlər ki, yetkinlik yaşına çatmayanlarda ağciyər problemi daha sonralar özünü göstərir.

Əvvəllər koronavirusa yoluxan bir çox uşaqda iltihab halları müşahidə edilirdi. Həkimlərin dediklərinə görə, bu simptom “Kavasaki” xəstəliyinə bənzəyir.

Sonradan sübut edildi ki, COVID-19 fonunda uşaqlarda ölümcül “sitokin fırtınası” (bədənin toxumalarına ziyan verən iltihab) inkişaf edə bilər.

Xəbərlər

Koronavirusla bağlı son STATİSTİKA

Koronavirusla bağlı ...

access_time1 gün əvvəl
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti burax...

access_time1 gün əvvəl
Azərbaycanda iki yaşlı uşağı kürəklə qətlə yetirdilər

Azərbaycanda iki yaş...

access_time1 gün əvvəl
zoom_in zoom_out