Həbsxanadan qeyri-adi qaçış: Məktub yazıb, geri qayıdacaqlarına söz verdilər

Həbsxanadan qeyri-adi qaçış: Məktub yazıb, geri qayıdacaqlarına söz verdilər

Həbsxanadan qeyri-adi qaçış: Məktub yazıb, geri qayıdacaqlarına söz verdilər

person access_time 2 həftə əvvəl
thumb_up 322 thumb_down 6 visibility2698

İtaliyanın paytaxtı Roma şəhərində yerləşən həbsxanadan qaçan iki məhbus geri qayıdacaqları ilə bağlı məktub yazıb.

“La Repubblica” nəşri xəbər verir ki, həbsxana nəzarətçiləri qaraçı millətindən olan məhbusların yoxa çıxmasından 2-3 saat sonra xəbər tutublar. Məhbusların yaxın qohumluq əlaqələri var.

Lil Ahmetoviç və Davad Zukanoviç kameranın barmaqlıqlarını mişarlayaraq, cəzaçəkmə müəssisəsindən çıxıblar.

Onların yazdığı məktubda qeyd olunur ki, övladları narkotik ticarəti şəbəkəsinin təsiri altına düşüb və yeniyetmələrin həyatını xilas etməlidirlər.

Məhkumlar işlərini həll edən kimi həbsxanaya qayıtmağa söz veriblər və məktuba imza atıblar. Onlar iki həftə ərzində geri qayıdacaqlarına söz veriblər.

Lakin məhbuslar həbsxanaya könüllü şəkildə qayıtmayıblar. Polis cinayətkarları Romadan 340 kilometr aralıda yerləşən Piza şəhərində yaxalayıb. Saxlanılan vaxt məhbuslar hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstəriblər.

Onların cəzası 2029-cu ildə bitməli idi. L.Ahmetoviç və D.Zukanoviç qaçışa görə, daha beş il əlavə həbs cəzası ala bilərlər.

Xəbərlər

Avropada koronavirusun yeni dalğası gözlənilir

Avropada koronavirus...

access_time1 gün əvvəl
Tramp COVID-19-a yoluxma sayının artmasının səbəbini açıqladı

Tramp COVID-19-a yol...

access_time1 gün əvvəl
Boliviya Prezident Administrasiyasının rəhbəri COVID-19-a yoluxub

Boliviya Prezident A...

access_time1 gün əvvəl
zoom_in zoom_out