Gözlənilən hava şəraiti açıqlandı

Gözlənilən hava şəraiti açıqlandı

Gözlənilən hava şəraiti açıqlandı

person access_time 1 ay əvvəl
thumb_up 322 thumb_down 7 visibility2442

2 iyunda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. 

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Xəbərlər

Koronavirusla bağlı son STATİSTİKA

Koronavirusla bağlı ...

access_time3 gün əvvəl
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti burax...

access_time3 gün əvvəl
Azərbaycanda iki yaşlı uşağı kürəklə qətlə yetirdilər

Azərbaycanda iki yaş...

access_time3 gün əvvəl
zoom_in zoom_out