Parlamentin sabahkı iclasının gündəliyi dəyişdi

Parlamentin sabahkı iclasının gündəliyi dəyişdi

Parlamentin sabahkı iclasının gündəliyi dəyişdi

person access_time 1 ay əvvəl
thumb_up 543 thumb_down 5 visibility2465

Milli Məclisin mayın 31-də keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

Hürriyət Azərbaycan-ın xəbərinə görə, parlamentin sabahkı plenar iclasında 12 məsələ müzakirəyə çıxarılacaq.

Bundan əvvəl isə 11 məsələnin müzakirə olunması gözlənilirdi.

Gündəliyə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda əlavə edilib.

Təklif edilən dəyişiklik tibbi maska taxmamağa görə cərimələrlə bağlıdır.

Layihəyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə cərimələr müəyyənləşir.

Vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.Oxu.Az

Xəbərlər

Koronavirusla bağlı son STATİSTİKA

Koronavirusla bağlı ...

access_time3 gün əvvəl
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti burax...

access_time3 gün əvvəl
Azərbaycanda iki yaşlı uşağı kürəklə qətlə yetirdilər

Azərbaycanda iki yaş...

access_time3 gün əvvəl
zoom_in zoom_out