Xaçmazda itin dişlədiyi uşaq Bakıya göndərildi - FOTO

Xaçmazda itin dişlədiyi uşaq Bakıya göndərildi - FOTO

Xaçmazda itin dişlədiyi uşaq Bakıya göndərildi - FOTO

person access_time 1 həftə əvvəl
thumb_up 543 thumb_down 7 visibility2355

Xaçmaz şəhərində azyaşlı qızı it dişləyib.

 Hurriyət Azərbaycan xəbər verir ki, bu barədə fotolar sosial şəbəkədə paylaşılıb.

İlkin ehtimallara görə, Fidan adlı uşağa küçə itləri hücum edib. Lakin, ərazidə yaşayan sakinlər uşağa hücum edən heyvanın küçə deyil, boynunda zəncir olan ev iti olduğunu deyirlər.

Məsələ ilə bağlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev ilə əlaqə saxladıq. Baş həkiminin Oxu.Az-a verdiyi məlumata görə, hadisə ötən gün qeydə alınıb:

“Ötən gün Fidan adlı azyaşlı qız uşağı it dişləməsi ilə xəstəxanaya gətirilib. Həkimlər tərəfindən uşağa ilkin baxış keçirilib, zəruri tibbi yardım göstərildikdən sonra Bakıya göndərilməsinə qərar verilib”.

“Son bir neçə gün ərzində it dişləməsi ilə bağlı biri qadın, biri azyaşlı oğlan uşağı olmaqla daha iki nəfər müraciət edib. Qadına ilkin müdaxilə edildikdən sonra evə buraxılıb. Uşaq isə müalicəsini davam etdirir”, - deyə baş həkim əlavə edib.

Xatırladaq ki, mayın 21-də Xaçmazda daha üç nəfər azyaşlını sahibsiz it dişləyib.Oxu.Az

 

Xəbərlər

Ağsuda bir ton çətənə kolu yandırılıb

Ağsuda bir ton çətən...

access_time15 saat əvvəl
Azərbaycanda şəhər mərkəzində görüntülənən ayı işgəncələrə məruz qalıb? - AÇIQLAMA

Azərbaycanda şəhər m...

access_time16 saat əvvəl
Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb

Qubada avtomobil dər...

access_time3 gün əvvəl
zoom_in zoom_out