Qondarma rejimin "prezidenti" Şuşada and içəcək

Qondarma rejimin

Qondarma rejimin "prezidenti" Şuşada and içəcək

person access_time 1 həftə əvvəl
thumb_up 322 thumb_down 6 visibility2424

Azərbaycan torpaqlarında qanunsuz qurulan işğalçı Dağlıq Qarabağ rejiminin yeni rəhbəri Araik Arutunyan mayın 21-də and içərək səlahiyyətlərinin icrasına başlayacaq.

Hürriyət Azərbaycan bildirir ki, mərasim Şuşa şəhərinə təyin olunub.

Həmin gün Xankəndidə yeni “parlamentin” ilk iclası da olacaq.

Martın 31-i Dağlıq Qarabağda “prezident və parlament seçkiləri” keçirilib. Proporsional sistemlə seçilən 33 nəfərlik “parlamentə” 5 siyasi qüvvə düşüb. Azad Vətən Partiyası 16, Vahid Vətən Partiyası 9, Ədalət və Daşnaksütun partiyalarının hər biri 3, Arsax Demokrat Partiyası 2 mandat alıb.

“Prezident seçkisi” ikinci tura qalıb, aprelin 14-də keçirilən həmin səsvermədə Araik Arutunyan qalib gəlib.

1973-cü ildə Xankəndidə doğulan Araik Arutunyan Azərbaycana qarşı işğalçı müharibənin iştirakçısıdır.

Xankəndidəki “Arsax Dövlət Universiteti”nin iqtisadiyyat fakültəsini və həmin təhsil ocağının aspiranturasını bitirib. Texnika elmləri namizədidir.

2007-2017-ci illərdə Dağlıq Qarabağ rejiminin “baş naziri”, 2017-2018-ci illərdə “dövlət naziri” olub.

Azad Vətən Partiyasının sədridir.

1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-ci ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını ələ keçirib.

İşğalçı Dağlıq Qarabağ rejimində 1991-ci ildən bəri 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.

Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan rəhbərlik edib.

2007-ci ildən rejimin başında Bako Saakyan dayanır.Eurasia Diary

Xəbərlər

Paşinyan və ailə üzvləri koronavirusa yoluxdu

Paşinyan və ailə üzv...

access_time15 saat əvvəl
Zelenski Azərbaycan xalqını təbrik etdi

Zelenski Azərbaycan ...

access_time5 gün əvvəl
Zelenski İlham Əliyevə məktub göndərdi

Zelenski İlham Əliye...

access_time5 gün əvvəl
zoom_in zoom_out