Doğranaraq öldürülən jurnalist Kaşıkçının oğlu qatilləri bağışladı

Doğranaraq öldürülən jurnalist Kaşıkçının oğlu qatilləri bağışladı

Doğranaraq öldürülən jurnalist Kaşıkçının oğlu qatilləri bağışladı

person access_time 1 həftə əvvəl
thumb_up 543 thumb_down 6 visibility2394

İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunda qəddarcasına qətlə yetirilən məşhur jurnalist Camal Kaşıkçının oğlu Salah atasının qatillərini bağışlayıb.

Bu barədə o, özünün “Twitter” hesabında xəbər verib.

Salah bu işi Allahın razılığını qazanmaq üçün etdiyini deyərək, “Quran”ın bağışlamaq barədə ayəsindən də sitat gətirib.

Xatırladaq ki, dekabrın 23-də Kaşıkçının qatillərinə ölüm hökmü oxunub. Ümumilikdə, 11 nəfər təqsirli bilinib. Onlardan beşinə ölüm hökmü verilib, üçü isə 24 il müddətinə azadlıqdan məhrum edilib.

Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunda itkin düşüb. O, boşanmanı rəsmiləşdirmək və türkiyəli xanımla ailə həyatı qurmaq üçün diplomatik quruma sənədlərini götürməyə gəlib.

Sonradan Türkiyə mediası hüquq-mühafizə orqanlarına istinadla Kaşıkçının konsulluğun binasında qəddarcasına işgəncəyə məruz qaldığını və öldürüldüyünü xəbər verib.

Xəbərlər

Avropada karantin rejiminin şərtləri bu gündən yumşaldılır

Avropada karantin re...

access_time9 saat əvvəl
Belçika şahzadəsi üzr istədi

Belçika şahzadəsi üz...

access_time9 saat əvvəl
Koronavirusun ilk dəfə meydana çıxdığı Uhanda ilk yaşandı

Koronavirusun ilk də...

access_time9 saat əvvəl
zoom_in zoom_out