Koronavirus ABŞ milyarderlərinin sərvətini artırdı

Koronavirus ABŞ milyarderlərinin sərvətini artırdı

Koronavirus ABŞ milyarderlərinin sərvətini artırdı

person access_time 1 həftə əvvəl
thumb_up 543 thumb_down 5 visibility2378

Koronavirus fonunda ABŞ-da varlılar yüz milyardlarla dollar vəsait qazanıblar.

CNBC xəbər verir ki, onların ümumi sərvəti 434 milyard dollar artıb.

Mart ayının ortalarından may ayının ortalarına qədər - iki ay ərzində “Amazon” internet platformasının yaradıcısı Ceff Bezos və “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq onların arasında liderlik edirlər. Onların sərvəti müvafiq olaraq 34,6 və 25 milyard dollar artaraq, 150 və 87,3 milyard dollara çatıb.

“Tesla” şirkətinin lideri və qurucusu İlon Mask sərvətini 48 faiz artıraraq, 36 milyard dollara çatdırıb.

Ümumiyyətlə, pandemiya mərhələsində bir çox ödəniş prosesinin onlayn həyata keçirilməsi tələbinə görə texnologiya şirkətlərinin təsisçiləri və sahibləri daha böyük uğur əldə ediblər.

Son iki ayda ABŞ-ın 600 ən varlı sakininin ümumi sərvəti 15 faiz artaraq, 2,9-dan 3,3 trilyon dollara çatıb.

Xəbərlər

Avropada karantin rejiminin şərtləri bu gündən yumşaldılır

Avropada karantin re...

access_time8 saat əvvəl
Belçika şahzadəsi üzr istədi

Belçika şahzadəsi üz...

access_time8 saat əvvəl
Koronavirusun ilk dəfə meydana çıxdığı Uhanda ilk yaşandı

Koronavirusun ilk də...

access_time8 saat əvvəl
zoom_in zoom_out