“QƏTLİN SONU” YARADICILIĞIMIN BAŞLANĞICIDIR” – Tanınmış vəkilin romanı işıq üzü görüb

“QƏTLİN SONU” YARADICILIĞIMIN BAŞLANĞICIDIR” – Tanınmış vəkilin romanı işıq üzü görüb

“QƏTLİN SONU” YARADICILIĞIMIN BAŞLANĞICIDIR” – Tanınmış vəkilin romanı işıq üzü görüb

person access_time 1 həftə əvvəl
thumb_up 322 thumb_down 5 visibility2385

Tanınmış vəkil, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədovun romanı çapdan çıxıb. “Qətlin sonu” adlanan və detektiv-triller janrında olan roman Adəm Məmmədovun şəxsən şahidi olduğu real hadisələr əsasında yazılıb. Həm kitabı ilə bağlı məlumat almaq, həm də peşəkar vəkil olan, xeyli müddətdir teleaprıcı kimi də fəaliyyət göstərən Adəm Məmmədovun yazıçılığa başlamasının səbəblərini öyrənmək üçün ondan müsahibə götürdük.

-Adəm müəllim, siz ölkədə tanınmış vəkillərdən birisiniz.Detektiv-triller yazmaq ideyası sizdə nə vaxt yarandı?

-Bir müddət bundan əvvəl türmə həyatı haqqında bir əsər üzərində işləyirdim. Karantin dövründə icraatımda olmuş və müsbət nəticələnmiş işlərlə bağlı sosial şəbəkədə paylaşımlar etdim. İlk əvvəl həmin işlər barədə qısa, konkret yazsam da, sonradan bu süjetləri bir az bədiiləşdirdim. Sosial şəbəkədə olan dostlar israrla məni roman yazmağa sövq etdilər. Bütün dünyanı pandemiya bürüdüyü bir zamanda bunu fürsət bilib əsərimi və özümü yaratdım. Bununla da həyatda ən böyük arzum olan kitab yazmağı reallaşdırdım.

-Romandan gözləntiləriniz nədir?

-İlk əvvəl vəkillik fəaliyyətinə başlayan zaman uğur qazanacağıma necə inanırdımsa, bundan bir neçə dəfə çox nailiyyət əldə edəcəyimə əminəm. Bu roman real faktlar əsasında və sadə dildə yazıldığından, oxucu kütləsini cəlb edəcəyinə inanıram. Əsərdə cərəyan edən hadisələr tam həqiqəti əks etdirdiyindən uğur qazanmağım qaçılmazdır. Vəkillik fəaliyyətim dövründə qazandığım təcrübə və həyat məktəbim bu romanı yazmağıma böyük təkan verdi.

 

 

-Bu sizin ilk romanınızdır. Növbəti roman barədə düşünürsünüzmü?

-Ümumiyyətlə, hər bir işin ilki çətin olmaqla insanın üzərinə ağır məsuliyyət qoyur. Əminəm ki, bundan sonra kitab yazmaq və yaratmaq zövqündən özümü məhrum etməyəcəyəm. Həmçinin oxucularımın bu romana verəcəyi qiymət mənim yaradıcılıq fəaliyyətimin əsasını təşkil edəcək. Buna əminəm, oxucularım növbəti romanımı oxumağa hazırlaşsın.

-Siz həm vəkil, həm teleaparıcı kimi fəaliyyət göstərir, həm də jurnalistika ilə, yazıcılıqla məşğul olursunuz. Bu dörd sahə bir-birinə mane olmur ki? Əsasən, bunlardan hansına üstünlük verirsiniz?

-Hər sahənin öz yeri var. Bu peşələrim bir-birini əhatə etməklə qalxan rolunu oynayır. Əlbəttə, vəkillik fəaliyyətim digər peşələrimin mayakıdır. Seçim özümə məxsusdur, istəsəm bu peşələrdən hər birini daha üstün edə bilərəm. Bu isə həmin peşələrdə çalışan şəxslərin mənə münasibətindən asılıdır. Yəqin, bu peşələrdən birini ölənə kimi heç kim əlimdən ala bilməz. Vay o günə ki, bizim cəmiyyətdə adamın heç bir peşəsi olmaya. Şübhəsiz, qələmi heç kim başqasının əlindən ala bilməz.

 

 

-Qazandığınız təcrübə neçə roman yazmağınıza imkan verəcək? Yoxsa “Qətlin sonu” adlanan romanınız kimi bu, yaradıcılığınızın sonumu olacaq?

-Ən azı, ona yaxın roman yazmağıma kifayət edəcək informasiyaya malikəm. Sadəcə, Allah ömür versə, bunu özümə söz verməyim yetərlidir. Əsərimin adı “Qətlin sonu” olsa da bu, yaradıcılığımın başlanğıcıdır.

-Adəm müəllim, siz Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq barədə düşünürsünüzmü?

-Artıq bu barədə qərar vermişəm.

-Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq!

-Təşəkkür edirəm!

Xəbərlər

Gözlənilən hava şəraiti açıqlandı

Gözlənilən hava şəra...

access_time8 saat əvvəl
190 manatla bağlı mühüm təklif

190 manatla bağlı mü...

access_time14 saat əvvəl
Toylarla bağlı

Toylarla bağlı...

access_time14 saat əvvəl
zoom_in zoom_out