Paşinyanın 2 günlük Şuşa səfərinin proqramı - AÇIQLANDI

Paşinyanın 2 günlük Şuşa səfərinin proqramı - AÇIQLANDI

Paşinyanın 2 günlük Şuşa səfərinin proqramı - AÇIQLANDI

person access_time 1 həftə əvvəl
thumb_up 322 thumb_down 7 visibility2436

Ermənistan baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torplaqlarına 2 günlük səfər edəcək.

Hürriyət Azərbaycan Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nikol Paşinyan günorta saatlarında Xocalı aeroportuna gələcək. Onu səfər zamanı baş nazir aparatının rəhbəri Eduard Aqancanyan, protokol işləri rəhbəri Vaqe Akopyan, mətbuat katibi Mane Qevorqyan və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan müşaiyət edəcək.

O, buradan Xankəndinə gələrək separatçı rejimin “fəaliyyət müddəti bitən” rəhbəri Bako Saakyanla görüşəcək. Nikol Paşinyan Saat 18:00-da Şuşa Mədəniyyət Evində yeni “prezident” Araik Arutunyanın andiçmə mərasiminə qatılacaq.

Mərasim Youtube-da canlı yayımlanacaq. Məhdud sayda insanın qatılacağı tədbirə jurnalistlər buraxılmayacaq.

“Andiçmə”dən sonra Nikol Paşinyan qondarma rejimin parlamentində görüşlər keçirəcək, müxtəlif siyasi qüvvələrin təmsilçiləri ilə görüşəcək. Onun Qarabağ erməniləri qarşısında yeni çıxışı da gözlənilir. (modern.az)  

Xəbərlər

Paşinyan və ailə üzvləri koronavirusa yoluxdu

Paşinyan və ailə üzv...

access_time15 saat əvvəl
Zelenski Azərbaycan xalqını təbrik etdi

Zelenski Azərbaycan ...

access_time5 gün əvvəl
Zelenski İlham Əliyevə məktub göndərdi

Zelenski İlham Əliye...

access_time5 gün əvvəl
zoom_in zoom_out