Karantindəki tələbələrimizdən təsirli addım - FOTO

Karantindəki tələbələrimizdən təsirli addım - FOTO

Karantindəki tələbələrimizdən təsirli addım - FOTO

person access_time 3 ay əvvəl
thumb_up 546 thumb_down 7 visibility4156

Koronavirus pandemiyasına görə İtaliya, Türkiyə və digər ölkələrdən təxliyyə olunan vətəndaşlar, xüsusən tələbələr karantində onlara xidmət edən dövlət qurumlarının əməkdaşlarına fərqli formada təşəkkür ediblər.

TƏBİB-in verdiyi xəbərə görə, onlar müxtəlif kağızlara təşəkkür qeydi yazaraq “görünməyənqəhrəmanlar” həştəqi ilə heyətə öz minnətdarlıqlarını bildiriblər. 

Xidmət heyəti xüsusi tibbi geyimdə olduqları üçün onların üzünü görmək, tanımaq mümkün deyil. Buna görə də karantində qalan vətəndaşlar həmin şəxsləri görünməyən qəhrəman adlandırırlar.

Onlar təcrid şəraitində olduqları üçün təşəkkürlərini yara bantları və müxtəlif əşyaların üzərindən qopardıqları yapışqanlı etiketlərlə qapıya yapışdırıblar. 

Sözügedən gözəgörünməz qəhrəmanlar isə Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, TƏBİB-in əməkdaşlarıdır. 

 

Xəbərlər

Cəbhədə döyüşlər davam edir - Azərbaycan Ordusunun baş leytenantı şəhid olub

Cəbhədə döyüşlər dav...

access_time1 gün əvvəl
“Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib” - Müdafiə Nazirliyi

“Tovuz istiqamətində...

access_time1 gün əvvəl
“2 əsgərimiz şəhid olub, 5-i yaralanıb” - MÜDAFİƏ NAZİRLİYİ

“2 əsgərimiz şəhid o...

access_time1 gün əvvəl
zoom_in zoom_out