WTI markalı neft 2002-ci ilin minimumunu yenilədi

WTI markalı neft 2002-ci ilin minimumunu yenilədi

WTI markalı neft 2002-ci ilin minimumunu yenilədi

person access_time 1 həftə əvvəl
thumb_up 544 thumb_down 5 visibility2453

WTI markalı neftin qiyməti 2002-ci ilin noyabr ayından ilk dəfə bir barrel üçün 25 dollardan aşağı düşüb. Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, WTI üçün may fyuçersləri 8,45 faiz azalaraq bir barrel üçün 25,02 dollara düşüb, bir neçə dəqiqə əvvəl isə bu göstərici 25 dollardan da aşağı olub.

“Brent” markalı neftin qiyməti 5,64% ucuzlaşaraq, bir barel üçün 27,11 dollara enib.

Son zamanlar qlobal koronavirus pandemiyası şəraitində tələbin azalması səbəbindən neft qiymətləri uzunmüddətli minimumu yeniləyib. Xam neft istehsalının aşağı düşməsi və bununla bağlı ən böyük ixracatçılarda, xüsusilə Səudiyyə Ərəbistanında satış qiymətlərinin enməsindən sonra OPEC+ sazişinin pozulması neftin kotirovkalarının çökməsinə səbəb olub. İlin əvvəlindən neftin qiyməti iki dəfədən çox ucuzlaşıb.

Xəbərlər

“Brent” markalı neft bahalaşır

“Brent” markalı neft...

access_time1 həftə əvvəl
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Azərbaycan Mərkəzi B...

access_time1 həftə əvvəl
WTI markalı neft 2002-ci ilin minimumunu yenilədi

WTI markalı neft 200...

access_time1 həftə əvvəl
zoom_in zoom_out