Parlamentdə İLK: Komitə iclası onlayn rejimində keçirildi

Parlamentdə İLK: Komitə iclası onlayn rejimində keçirildi

Parlamentdə İLK: Komitə iclası onlayn rejimində keçirildi

person access_time 1 həftə əvvəl
thumb_up 544 thumb_down 8 visibility2483

Altıncı çağırış Milli Məclisin Mədəniyyət komitəsi ilk iclasını martın 18-də onlayn rejimində keçirib.

Hürriyət Azərbaycan-ın məlumatına görə, komitənin sədri Qənirə Paşayeva ölkədə koronavirusla mübarizə sahəsində görülən işləri yüksək dəyərləndirib.

O, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində komitənin iclasının onlayn rejimində keçirilməsi zərurətinin yarandığını vurğulayıb.

İclasda əvvəlcə komitənin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunub.

Bildirilib ki, qarşıdakı dövrdə “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin  qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında” vacib qanun layihələrinin hazırlanması nəzərdə  tutulur. Komitə üzvlərinin sənədlərlə bağlı təklifləri dinlənilib, qanunvericilik işləri planı təsdiq  edilib.

Sonra “Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələyə baxılıb.

Sənədlərdə təklif olunan dəyişikliklərin məqsədi “Azərbaycan Respublikasının Dövlət  Himnindən istifadə qaydaları haqqında” qanunun icrası ilə əlaqədardır.

İclasın gündəliyinə daxil edilən digər sənədin - “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara təklif edilən dəyişikliklərin “Reklam haqqında” qanuna uyğunlaşdırılma məqsədilə aparıldığı qeyd edilib.

Onlayn müzakirələrin sonunda hər iki sənədin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi barədə qərar qəbul edilib.Oxu.Az

Xəbərlər

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan y...

access_time5 gün əvvəl
İlham Əliyevdən Novruz bayramı paylaşımı

İlham Əliyevdən Novr...

access_time1 həftə əvvəl
Parlamentdə İLK: Komitə iclası onlayn rejimində keçirildi

Parlamentdə İLK: Kom...

access_time1 həftə əvvəl
zoom_in zoom_out