Bu gün Olimpiya və Paralimpiya Oyunlarının taleyi videokonfransda müəyyənləşdiriləcək

Bu gün Olimpiya və Paralimpiya Oyunlarının taleyi videokonfransda müəyyənləşdiriləcək

Bu gün Olimpiya və Paralimpiya Oyunlarının taleyi videokonfransda müəyyənləşdiriləcək

person access_time 2 ay əvvəl
thumb_up 322 thumb_down 5 visibility2765

Beynəlxalq Olimpiya Komitəsi (BOK) bu gün Tokio Yay Olimpiya Oyunları və Paralimpiya Oyunları barədə qərarını açıqlayacaq.

Hürriyət Azərbaycan xəbər verir ki, BOK-un almaniyalı prezidenti Tomas Bax bu gün Milli Olimpiya Komitələrinin nümayəndələri, eləcə də, Beynəlxalq Paralimpiya Komitəsinin rəhbərliyi ilə videokonfrans keçirəcək.

Orada Olimpiada (24 iyul – 9 avqust) və Paralimpiya Oyunlarının (25 avqust – 6 sentyabr) təxirə salınıb-salınmaması ilə bağlı qərar veriləcək.

Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri Günay Malikqızının saytımıza verdiyi açıqlamaya görə, videokonfrans Bakı vaxtı ilə saat 14:30-da start götürəcək. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məhz Azərbaycan adından bu konfransda iştirak edəcək.

Qeyd edək ki, dünən BOK beynəlxalq federasiyalarla müzakirələr aparıb və onların fikirlərini öyrənib.

Xatırladaq ki, dünən UEFA videokonfrans keçirərək, AVRO-2020-nin bir il sonra keçirilməsi barədə qərar qəbul edib. 

Xəbərlər

“Kobra” Pərviz Abdullayev: “Ayın 10-na Bakıya bilet bron etmişəm”

“Kobra” Pərviz Abdul...

access_time9 saat əvvəl
“Formula 1” Qran-Prisində tamaşaçıların iştirakına icazə veriləcək

“Formula 1” Qran-Pri...

access_time15 saat əvvəl
Azərbaycanın ən yaraşıqlı kişisi: “Toy etmək üçün büdcəmə uyğun restoran tapa bilmirəm” - ÖZƏL + FOTO

Azərbaycanın ən yara...

access_time4 gün əvvəl
zoom_in zoom_out