Azərbaycan sərhədini pozmaq istəyən 20 əcnəbi saxlanıldı - FOTO

Azərbaycan sərhədini pozmaq istəyən 20 əcnəbi saxlanıldı - FOTO

Azərbaycan sərhədini pozmaq istəyən 20 əcnəbi saxlanıldı - FOTO

person access_time 2 ay əvvəl
thumb_up 322 thumb_down 5 visibility2418

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-nın Mətbuat Xidmətindən verilən məlumata görə, Xidmətin Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı nəticəsində son bir ay ərzində dövlət sərhədindən buraxılış məntəqələrində 20 əcnəbinin, o cümlədən dörd İran, dörd Konqo, üç Pakistan, iki Özbəkistan, iki Hindistan, bir Türkiyə, bir Tacikistan, bir Qvineya, bir Şri-Lanka və bir Moldova vətəndaşının sənədlərinin saxtalaşdırılması halları müəyyən edilərək müvafiq tədbirlər görülüb.

Martın 1-də DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin, Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru dövlət sərhədinin pozulmasına cəhdin qarşısı alınıb. Geriyə qaçan sərhəd pozucularının hərəkət marşrutu üzrə ərazidə axtarış aparılarkən bir ədəd ağ rəngli bağlamada 2 kq heroin və 500 qr metamfetamin aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Xəbərlər

Bərdədə anasını və bacısını amansızlıqla qətlə yetirən şəxslə bağlı son məlumat

Bərdədə anasını və b...

access_time1 gün əvvəl
Ağsuda bir ton çətənə kolu yandırılıb

Ağsuda bir ton çətən...

access_time2 gün əvvəl
Azərbaycanda şəhər mərkəzində görüntülənən ayı işgəncələrə məruz qalıb? - AÇIQLAMA

Azərbaycanda şəhər m...

access_time2 gün əvvəl
zoom_in zoom_out