SOCAR bu ay Belarusa 250 min ton neft tədarük edə bilər

SOCAR bu ay Belarusa 250 min ton neft tədarük edə bilər

SOCAR bu ay Belarusa 250 min ton neft tədarük edə bilər

person access_time 3 həftə əvvəl
thumb_up 323 thumb_down 8 visibility2633

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusa mart ayı ərzində təxminən 250 min ton neft nəqlini planlaşdırır.

Report” xəbər verir ki, bunu “Belta” agentliyinə “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib.

O qeyd edib ki, SOCAR-ın mart ayı üçün tədarükü artıb və üçüncü tankerin nəqli nəzərdə tutulur. 

“Bu ay üçün ümumi həcm 250 min ton olacaq. “Mozır” neft emalı zavodu üçün ilk tanker artıq Ceyhan limanından yola düşüb. Xam neft Ukrayna ərazisindən Odessa-Brodı kəməri ilə çatdırılacaq”, - deyə A.Tişenko əlavə edib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Report"a bildirib ki, hazırda Belarusla iki tanker Azərbaycan neftinin göndərilməsi ilə bağlı razılaşma mövcuddur.

Onun sözlərinə görə, şirkət Belarusa Azərbaycan nefti ilə yanaşı, üçüncü ölkələrin neftini də çatdıra bilir:

“Bundan əlavə, SOCAR qeyri-Azərbaycan nefti ilə də ticarət aparır. Biz başqa ölkələrin neftini alıb digər ölkələrə satırıq. O cümlədən, Belarusa da üçüncü tərəflərin neftini də tədarük edirik”.

O bildirib ki, artıq SOCAR Türkiyənin Ceyhan limanından (Aralıq dənizi) Belarusa 90 min ton həcmində ilk tankerini göndərib:

"İkinci neft partiyasının təxmini olaraq, martın 20-nə qədər göndərilməsi planlaşdırılır. Bu tanker Supsa limanından yola salınacaq və onun həcminin 85 min ton olacağı gözlənilir”.

Xəbərlər

“Brent” markalı neft bahalaşır

“Brent” markalı neft...

access_time1 həftə əvvəl
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Azərbaycan Mərkəzi B...

access_time1 həftə əvvəl
WTI markalı neft 2002-ci ilin minimumunu yenilədi

WTI markalı neft 200...

access_time1 həftə əvvəl
zoom_in zoom_out