İdmançılarımız üçün bəd xəbər: Ev sahibi yarışı keçirməkdən imtina etdi

İdmançılarımız üçün bəd xəbər: Ev sahibi yarışı keçirməkdən imtina etdi

İdmançılarımız üçün bəd xəbər: Ev sahibi yarışı keçirməkdən imtina etdi

person access_time 2 ay əvvəl
thumb_up 322 thumb_down 5 visibility2562

İtaliyanın Milan şəhərində 17 apreldə parataekvondo və 18-19 apreldə taekvondo üzrə keçiriləcək Avropa Təsnifat Turniri təxirə salına və ya ləğv oluna bilər.

Hürriyət Azərbaycan xəbər verir ki, koronavirus infeksiyasının Avropada ən çox qeydə alındığı ölkə olan İtaliyada bütün daxili yarışlar ya dayandırılıb, ya da azarkeşsiz keçirilməyə başlanılıb.

İtaliya Taekvondo Federasiyasının prezidenti Ancelo Sito da yaydığı rəsmi açıqlamada Olimpiadaya lisenziya verən bu yarışın sağlamlıq baxımından keçirilməməsini bildirib. O qeyd edib ki, bu yarışı İtaliyada keçirməyəcəklər.

Dünya Taekvondo Federasiyası isə bu vacib yarışın taleyi ilə bağlı qərarını bu gün açıqlayacağını bildirib.

Qeyd edək ki, hər iki yarışda Azərbaycanın idmançılarının Tokio Olimpiadasına vəsiqə qazanmaq üçün iştirak etməsi nəzərdə tutulub.

Xəbərlər

Növbəti mövsüm A seriyasında “play-off” oynanıla bilər

Növbəti mövsüm A ser...

access_time16 saat əvvəl
42 yaşlı Buffon daha bir il “Yuventus”da

42 yaşlı Buffon daha...

access_time1 gün əvvəl
“Kobra” Pərviz Abdullayev: “Ayın 10-na Bakıya bilet bron etmişəm”

“Kobra” Pərviz Abdul...

access_time2 gün əvvəl
zoom_in zoom_out