Çin güləşçiləri karantindən keçmək üçün Serbiyaya göndərildi

Çin güləşçiləri karantindən keçmək üçün Serbiyaya göndərildi

Çin güləşçiləri karantindən keçmək üçün Serbiyaya göndərildi

person access_time 3 ay əvvəl
thumb_up 322 thumb_down 5 visibility2548

Martda Çinin Sian şəhərində keçirilməli olan güləş üzrə Asiya Lisenziya Turniri bu məkanda baş tutmayacaq.

Hürriyət Azərbaycan xəbər verir ki, koronavirus səbəbindən Ümumdünya Güləş Birliyi Çindən təşkilatçılığı alıb.

Təşkilatçılıq isə Qırğızıstanın paytaxtı Bişkekə verilib. Həmin yarış 27-29 mart tarixlərində keçiriləcək.

Həmçinin, bu yarışda Çin güləşçiləri də iştirak edə biləcək. Ancaq onlar yarışdan əvvəl Serbiyanın paytaxtı Belqrada göndərilib. Çünki orada onları geniş karantin prosesi gözləyir. Belqradda olduqları müddətdə Çin idmançıları güləşə aid bütün predmetlərlə və sağlamlıq qidaları ilə təchiz olunacaqlar.

Onu da bildirək ki, Hindistan hökuməti fevralın 18-dən Nai Dili şəhərində keçirilən güləş üzrə Asiya çempionatı üçün ötən həftə Çin güləşçilərinə viza verməkdən imtina edib. 

Bununla belə, Hindistan Badminton Assosiasiyası (HBA) 24-29 mart tarixlərində keçirilicək və Olimpiada üçün lisenziya xalları verəcək “India Open” turnirində Çin və Honkonq idmançılarının iştirakına müsbət yanaşdığını ifadə edib. HBA artıq viza üçün Hindistanın İdman və Xarici İşlər nazirliklərinə müraciət edib.    

Qeyd edək ki, indiyə olan duruma görə, hazırda Çinin beş güləşçisi Olimpiadaya vəsiqə qazanıb.Oxu.Az 

Xəbərlər

Növbəti mövsüm A seriyasında “play-off” oynanıla bilər

Növbəti mövsüm A ser...

access_time17 saat əvvəl
42 yaşlı Buffon daha bir il “Yuventus”da

42 yaşlı Buffon daha...

access_time1 gün əvvəl
“Kobra” Pərviz Abdullayev: “Ayın 10-na Bakıya bilet bron etmişəm”

“Kobra” Pərviz Abdul...

access_time2 gün əvvəl
zoom_in zoom_out