19 yaşlı futbolçu “Borussiya”nın tarixinə düşdü

19 yaşlı futbolçu “Borussiya”nın tarixinə düşdü

19 yaşlı futbolçu “Borussiya”nın tarixinə düşdü

person access_time 1 ay əvvəl
thumb_up 543 thumb_down 7 visibility2401

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan “Borussiya” və PSJ arasındakı qarşılaşma gənc futbolçu Erling Haland üçün əlamətdar olub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

1/8 final mərhələsinin ilk qarşılaşmasında evində PSJ-ni məğlub edən almanların hər iki qolunu 19 yaşlı Erling Haland vurub. Gənc futbolçu bu qolla “Borussiya” forması ilə yeddinci qarşılaşmada 11-ci qolunu vurub.

Haland bu mövsüm Çempionlar Liqasında 10 dəfə fərqlənib.

Almaniya təmsilçisinin 19 yaşlı norveçli ulduzu Haland ölkə çempionatı, kubok və Çempionlar liqasında meydana çıxdığı ilk oyunda qol vurmağı bacaran ilk futbolçu kimi “Borussiya” tarixinə düşüb.

Qeyd edək ki, “Borussiya” PSJ-ni 2-1 hesabı ilə məğlub edib. İki komanda arasında revanş mübarizəsi martın 11-də Parisdə keçiriləcək.

Xəbərlər

Tokio Olimpiadasına dörd həftəlik müddət verildi

Tokio Olimpiadasına ...

access_time1 həftə əvvəl
Nurməhəmmədov: “Ferqyusonla görüşümüzün vaxtı tezliklə açıqlanacaq”

Nurməhəmmədov: “Ferq...

access_time2 həftə əvvəl
Bu gün Olimpiya və Paralimpiya Oyunlarının taleyi videokonfransda müəyyənləşdiriləcək

Bu gün Olimpiya və P...

access_time2 həftə əvvəl
zoom_in zoom_out