MSK onun şikayətinə “YOX” dedi

MSK onun şikayətinə “YOX” dedi

MSK onun şikayətinə “YOX” dedi

person access_time 1 ay əvvəl
thumb_up 322 thumb_down 8 visibility2383

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan müraciətlərə baxılır. 

Hürriyət Azərbaycan-ın məlumatına görə, bu barədə MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov bildirib. 

MSK katibi Arifə Muxtarova 56 saylı Xaçmaz Kənd Seçki Dairəsi üzrə daxil olan müraciət barədə məlumat verib. 

Müraciəti deputatlığa namizəd Zeyqan Hüseynov verib. 

Qeyd olunub ki, müraciət araşdırılıb və müvafiq rəy verilib. 

Şikayət verən şəxs bildirib ki, dairə üzrə seçkinin nəticəsinin mübahisələndirilməsinin tərəfdarı deyil. 

“Şikayət edən tərəf qeyd edib ki, həmin seçki dairəsinin yalnız 7 saylı seçki məntəqəsində qanun pozuntusu olub. Hesab edir ki, 7 saylı seçki məntəqəsi üzrə nəticələr ləğv edilməlidir”, - deyə Arifə Muxtarova əlavə edib. 

MSK-nın iclasında qərara alınıb ki, qanun pozuntularına dair tutarlı dəlillər yoxdur. Buna görə də müraciət edən şəxsin şikayəti təmin edilməyib. 

Qeyd edək ki, 56 saylı Xaçmaz Kənd Seçki Dairəsinin lider namizədi Sevil Mikayılovadır. 

Xatırladaq ki, MSK-nın fevralın 17-də keçirilən iclasında 34 saylı Xətai Seçki Dairəsinin 7 seçki məntəqəsinin də nəticələri etibarsız hesab olunmuşdu. Oxu.Az

Xəbərlər

Koronavirusla mübarizə: “Böyüklərə 1000, uşaqlara 500 dollar nağd pul”

Koronavirusla mübari...

access_time1 həftə əvvəl
Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Müdafiə Nazirliyi Ko...

access_time1 həftə əvvəl
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Mehriban Əliyeva Azə...

access_time1 həftə əvvəl
zoom_in zoom_out