18 fevralda Afinada ictimai nəqliyyat işləməyəcək

18 fevralda Afinada ictimai nəqliyyat işləməyəcək

18 fevralda Afinada ictimai nəqliyyat işləməyəcək

person access_time 1 ay əvvəl
thumb_up 543 thumb_down 9 visibility2396

Fevralın 18-i Yunanıstanın paytaxtı Afina şəhərində insanlar ictimai nəqliyyatdan istifadə edə bilməyəcək.

“RİA Novosti” xəbər verir ki, buna səbəb ölkədə pensiya sisteminə edilən dəyişikliklərlə bağlı həyata keçiriləcək 24 saatlıq tətil olacaq.

Şəhərdə metro, avtobus, tramvay və trolleybus kimi ictimai nəqliyyat vasitələri fəaliyyət göstərməyəcək.

Bundan əlavə, tətilə Yunanıstanın bir sıra şəhərlərində yerləşən iş mərkəzləri və çoxlu sayda həmkarlar ittifaqı qatılmaq niyyətindədir.

Qeyd etmək lazımdır ki, tətilə dənizçilərin qoşulması səbəbindən Pirey limanı da müvəqqəti olaraq fəaliyyətini dayandıracaq.

Xəbərlər

Türkiyədə bütün milli və beynəlxalq tədbirlər aprelin sonunadək təxirə salındı

Türkiyədə bütün mill...

access_time1 həftə əvvəl
Bu ölkədə koronavirusa görə dərslər oktyabradək təxirə salındı

Bu ölkədə koronaviru...

access_time1 həftə əvvəl
Çin bu dəfə zəlzələ ilə silkələndi

Çin bu dəfə zəlzələ ...

access_time1 həftə əvvəl
zoom_in zoom_out