Yaşlı anasını döyüb öldürdü - FOTO

Yaşlı anasını döyüb öldürdü - FOTO

Yaşlı anasını döyüb öldürdü - FOTO

person access_time 1 həftə əvvəl
thumb_up 543 thumb_down 4 visibility2670

Türkiyənin İzmir şəhərində oğul anasını döyərək öldürüb.

“Demirören Haber Ajansı”nın (DHA) yaydığı xəbərə görə, 55 yaşlı Bəkir Baştosun 85 yaşlı anası Görgün Baştosunu ölümcül döyüb.

B.Baştosun arvadından ayrılandan sonra birgə yaşadığı kar və kor olan anasını döyüb. Sonra bacısıgilə gedərək anasının vəziyyətinin yaxşı olmadığını deyib.

Qızları evə gələndə analarını yerdə qan içində görüblər. Yaralı qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Anasını öldürdüyü iddiası ilə polis nəzarətinə alınan B.Baştos iddiaları qəbul etməyib. O, anasının yıxılaraq yaralandığını və bu səbəbdən öldüyünü deyərək ittihamları qəbul etməyib.

B.Baştosun barəsində “özünü müdafiə edə bilməyən şəxsi qəsdən öldürmə” maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə prosesi G.Baştosunun meyitinin ekspertiza cavabının alınmasına qədər başqa günə təxirə salınıb.

B.Baştosunun psixoloji problemlərinin olduğu bildirilir.

 

Xəbərlər

Xizək sürənlər möhtəşəm təbiət hadisəsinə şahidlik etdilər

Xizək sürənlər möhtə...

access_time1 gün əvvəl
İranda koronavirusdan ölənlərin sayı artır

İranda koronavirusda...

access_time2 gün əvvəl
Alimlərdən bədbin proqnoz: 20 il ərzində mərcan riflərinin əksəriyyəti məhv olacaq

Alimlərdən bədbin pr...

access_time3 gün əvvəl
zoom_in zoom_out