Məktəblimiz üç ermənini məğlub edib, qızıl medal qazandı

Məktəblimiz üç ermənini məğlub edib, qızıl medal qazandı

Məktəblimiz üç ermənini məğlub edib, qızıl medal qazandı

person access_time 1 həftə əvvəl
thumb_up 145 thumb_down 6 visibility2440

Paytaxt məktəblisi İranda keçirilən beynəlxalq yarışda böyük uğura imza atıb.

Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

İdarənin tabeliyindəki 258 nömrəli tam orta məktəbin X sinif şagirdi Vəli Vəliyev karate idman növü üzrə beynəlxalq yarışda bütün rəqiblərinə qalib gələrək, Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib. 

12 ölkənin qatıldığı yarışda V.Vəliyev 57-60 kiloqram çəki dərəcələrində üç erməni idmançını məğlub edərək, yüksək xal hesabı ilə qızıl medal və kuboka layiq görülüb.

Qeyd edək ki, bu, Bakı məktəblisinin ilk uğuru deyil, bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda  ümumilikdə 12 qızıl medal qazanıb.

Xəbərlər

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ...

access_time1 gün əvvəl
Azərbaycanlı hakim İsveçdə ən yaxşı seçildi

Azərbaycanlı hakim İ...

access_time1 gün əvvəl
DİM imtahanın nəticələrini açıqladı

DİM imtahanın nəticə...

access_time2 gün əvvəl
zoom_in zoom_out