Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi - FOTO

Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi - FOTO

Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi - FOTO

person access_time 1 ay əvvəl
thumb_up 543 thumb_down 7 visibility2454

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yunan-Roma güləşi üzrə milli komandamızı Avropa çempionatında qazandığı tarixi uğuru münasibətilə təbrik edib. 

Hürriyət Azərbaycan xəbər verir ki, Mehriban Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib:

“İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə altı medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb.

Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram!

Romada Azərbaycanı təmsil edən yunan-Roma güləşi üzrə heyətimiz:

Baş məşqçi - Aleksandr TarakanovBöyük məşqçi - Rövşən Bayramov

Şəxsi məşqçilər:

Sənan Süleymanovun (qızıl medal 77 kq) məşqçisi Azər HüseynovRafiq Hüseynovun (qızıl medal 82 kq) məşqçisi Radik HuseynovEldəniz Əzizlinin (bürünc medal 55 kq) məşqçisi Turac HüseynliMurad Bazarovun (bürünc medal 60 kq) məşqçisi Vaqif FeyzullayevÜlvi Qənizadənin (bürünc medal 72 kq) məşqçisi Elnur Müzəffərovİslam Abbasovun (bürünc medal 87 kq) məşqçisi Bahadur Həziyev”.

 

 

Xəbərlər

Tokio Olimpiadasına dörd həftəlik müddət verildi

Tokio Olimpiadasına ...

access_time1 həftə əvvəl
Nurməhəmmədov: “Ferqyusonla görüşümüzün vaxtı tezliklə açıqlanacaq”

Nurməhəmmədov: “Ferq...

access_time2 həftə əvvəl
Bu gün Olimpiya və Paralimpiya Oyunlarının taleyi videokonfransda müəyyənləşdiriləcək

Bu gün Olimpiya və P...

access_time2 həftə əvvəl
zoom_in zoom_out