Bakıda tanınmış iş qadını saxlanıldı - FOTO

Bakıda tanınmış iş qadını saxlanıldı - FOTO

Bakıda tanınmış iş qadını saxlanıldı - FOTO

person access_time 1 həftə əvvəl
thumb_up 543 thumb_down 5 visibility2385

Bakıda fəaliyyət göstərən “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadə saxlanılıb.

BAKU.WS xəbər verir ki, şirkət rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəməkdə günahlandırılır.

M.Süleymanzadə insanları Azfen, BP və bu kimi nüfuzlu şirkətlərdə işlə təmin edəcəyinə inandıraraq pullarını mənimsəyib və komandası ilə birlikdə aradan çıxıb. Aldadılan şəxslər ofisin qapılarını bağlı görüb, polisə müraciət ediblər. Dələduz şirkət sahibinin yeri elə qurbanları vasitəsilə müəyyən edilib və o, polisə təhvil verilib.

Qeyd edək ki, M.Süleymanzadə bundan əvvəl “Topstaff” və “MAcstaff” adlı şirkətlər yaradaraq dələduzluq edib. İndi isə “Mak Marin LTD” adlı şirkəti vasitəsilə insanları aldadıb, pullarını alıb.

“Mak Marin LTD” şirkəti 01.05.2019 tarixində qeydiyyata alınıb. Qanuni təmsilçi olaraq Həsənova Mətanət Zahir qızı göstərilir. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 36, mənzil 6 ünvanında qeydiyyata alınıb. Faktiki olaraq Əlyar Əliyev küçəsi 69 ünvanında fəaliyyət göstərirdi. 

M.Süleymanzadə yerli mediada yetərincə tanınmış simadır. İndiyədək bir neçə mükafata layiq görülüb.

Bakıda tanınmış biznes ledi saxlanılıb - VİDEO

Xəbərlər

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ...

access_time1 gün əvvəl
Azərbaycanlı hakim İsveçdə ən yaxşı seçildi

Azərbaycanlı hakim İ...

access_time1 gün əvvəl
DİM imtahanın nəticələrini açıqladı

DİM imtahanın nəticə...

access_time2 gün əvvəl
zoom_in zoom_out