Bakının mərkəzində tikilən yeni metrostansiyadan xəbər var

Bakının mərkəzində tikilən yeni metrostansiyadan xəbər var

Bakının mərkəzində tikilən yeni metrostansiyadan xəbər var

person access_time 2 ay əvvəl
thumb_up 322 thumb_down 7 visibility3534

Bakı Metropoliteninin tikilməkdə olan şərti adı “B3” olan stansiyasında avadanlıqların quraşdırılması işlərinə start verilib.

Hürriyət Azərbaycan xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu gün keçirilən tədbirdə deyib. 

Onun sözlərinə görə, hazırda stansiyanın platformasına mərmər döşənməsinə başlanılıb:

“Demək olar ki, tikintinin böyük bir hissəsi başa çatıb. Yolun tikintisi isə tam yekunlaşıb. Stansiyada eskalatorların quraşdırılmasına başlanılıb və artıq sona çatmaq üzrədir. 17 eskalatordan ibarət stansiya üç səviyyədən (mərtəbədən) ibarət olacaq. İşlər qaydasında gedərsə, bu il stansiya sərnişinlərin istifadəsinə veriləcək”.

Xatırladaq ki, şərti adı “B3” olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.Oxu.Az

Xəbərlər

Koronavirusla mübarizə: “Böyüklərə 1000, uşaqlara 500 dollar nağd pul”

Koronavirusla mübari...

access_time1 həftə əvvəl
Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Müdafiə Nazirliyi Ko...

access_time1 həftə əvvəl
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Mehriban Əliyeva Azə...

access_time1 həftə əvvəl
zoom_in zoom_out