Azərbaycanda bir ailənin beş üzvü göbələkdən zəhərləndi

Azərbaycanda bir ailənin beş üzvü göbələkdən zəhərləndi

Azərbaycanda bir ailənin beş üzvü göbələkdən zəhərləndi

person access_time 2 ay əvvəl
thumb_up 322 thumb_down 4 visibility2384

Saatlı rayonunda zəhərlənmə hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.

Məlumata görə, Seyidlər kənd sakini,1974-cü il təvəllüdlü Məmmədov Əbülfəz Ağarza oğlu, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Məmmədova Xuraman Xuda qızı, övladları, 2007-ci il təvəllüdlü Əli, 2009-cu il təvəllüdlü əkiz qardaşlar Vahid və Zahid zəhərlənmə ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanada həkimlər tərəfindən onlara ilkin tibbi yardım göstərilib. 

Tibb mərkəzindən verilən məlumata görə, ailə üzvlərinin vəziyyətləri stabildir.

Onlar göbələkdən zəhərləndiklərini bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər

Azərbaycanın ən hündür səmənisi yetişdirildi

Azərbaycanın ən hünd...

access_time1 həftə əvvəl
Qobuda əri gənc qadını bıçaqladı

Qobuda əri gənc qadı...

access_time2 həftə əvvəl
Azərbaycan sərhədini pozmaq istəyən 20 əcnəbi saxlanıldı - FOTO

Azərbaycan sərhədini...

access_time2 həftə əvvəl
zoom_in zoom_out