Prezident Administrasiyası rəsmisindən mediaya ÇAĞIRIŞ

Prezident Administrasiyası rəsmisindən mediaya ÇAĞIRIŞ

Prezident Administrasiyası rəsmisindən mediaya ÇAĞIRIŞ

person access_time 1 ay əvvəl
thumb_up 543 thumb_down 5 visibility2542

Parlament seçkiləri bugünkü gündəmin əsas mövzusudur. 

Hürriyət Azərbaycan-ın məlumatına görə, bunu Avropa Şurasının Mərkəzi Seçki Komissiyası ilə birlikdə keçirdiyi “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib. 

O bildirib ki, 2019-cu ildə Azərbaycanda həyata keçirilən islahatlar həm mahiyyət, həm də keyfiyyətinə görə əvvəlki illərdən fərqlənib. 

S.Yusifovanın sözlərinə görə, aparılan genişmiqyaslı islahatlar ictimai münasibətlərə də öz müsbət təsirini göstərir. 

S.Yusifova əlavə edib ki, parlament seçkilərinin keçirilməsi də islahatların tərkib hissəsidir. PA rəsmisi bildirib ki, seçkilər müasir standartlar çərçivəsində keçiriləcək. 

S.Yusifova qeyd edib ki, media seçki prosesində aktiv iştirak edir.

“Seçkilər dövründə media prosesləri obyektiv işıqlandırmalıdır. Bütün namizədlərə bərabər şərait yaradılmalıdır”, - deyə S.Yusifova bildirib.

O əlavə edib ki, seçki prosesində qanunvericiliyin pozulması halları da istisna deyil. Oxu.Az

Xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Papa Fransisk ilə görüşdü

İlham Əliyev və Mehr...

access_time1 gün əvvəl
İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşdü

İlham Əliyev və Mehr...

access_time1 gün əvvəl
Pakistanda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul olundu

Pakistanda Azərbayca...

access_time1 gün əvvəl
zoom_in zoom_out