“Arsenal”ın və “Lester”in yetirməsi Azərbaycan klubuna keçdi - FOTO

“Arsenal”ın və “Lester”in yetirməsi Azərbaycan klubuna keçdi - FOTO

“Arsenal”ın və “Lester”in yetirməsi Azərbaycan klubuna keçdi - FOTO

person access_time 3 gün əvvəl
thumb_up 543 thumb_down 7 visibility2417

Bakının “Zirə” klubu yeni futbolçu ilə anlaşıb. 

Hürriyət Azərbaycan klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Ali Seseylə müqavilə bağlayıb. İngiltərə doğumlu, milliyyətcə syerra leoneli olan 25 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1,5 ildir.

 

Qeyd edək ki, Ali Sesey London “Arsenal”ının və “Lester”in yetirməsi olub. O, peşəkar futbolçu kimi “Lester”lə 2013-cü ilin martın 15-də peşəkar müqavilə bağlasa da, Premyer Liqada debüt edə bilməyib və icarəyə göndərilib.

O, İngiltərədə “Kolçester Yunayted”, “Kembric Yunayted”də icarə əsasında oynayıb, həmçinin həmin ölkənin “Barnet”, İsveçin “Frey”, Yunanıstanın “Xania” və Bolqarıstanın “Arda” klublarında çıxış edib. Futbolçu, həmçinin Syerra Leone yığmasında beş matça çıxıb.

Xatırladaq ki, “Zirə” qış transfer pəncərəsi dönəmində haitili futbolçusu Soni Nordla qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib. Həmçinin “Səbail”dən Ağabala Ramazanovu, “Qəbələ”dən gürcüstanlı David Volkovu heyətinə qatıb.

Xəbərlər

16 yaşlı məşhur bloqer villa aldı - FOTO

16 yaşlı məşhur bloq...

access_time2 saat əvvəl
UEFA Ronalduya görə qaydaları dəyişdi - FOTO

UEFA Ronalduya görə ...

access_time1 gün əvvəl
“Qarabağ” Bakıda Lüksemburq klubu ilə heç-heçəyə görə pul aldı

“Qarabağ” Bakıda Lük...

access_time1 gün əvvəl
zoom_in zoom_out