“Könüllülər ili”ndə Azərbaycan gənclərindən xeyirxah təşəbbüs - FOTO

“Könüllülər ili”ndə Azərbaycan gənclərindən xeyirxah təşəbbüs - FOTO

“Könüllülər ili”ndə Azərbaycan gənclərindən xeyirxah təşəbbüs - FOTO

person access_time 6 ay əvvəl
thumb_up 543 thumb_down 5 visibility2511

Azərbaycan gəncləri ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsindən ilhamlanaraq, şəhid, məcburi köçkün ailələri, həmçinin, tək yaşayan, yaşlı, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək məqsədilə yeni bir təşəbbüslə çıxış ediblər.

Hürriyət Azərbaycan xəbər verir ki, “Könüllü qonaq” adlanan təşəbbüs çərçivəsində onlar qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işləri aparır, həyətlərdə və bağlarda səliqə-sahman yaradırlar.

Xalqımızın əsrlər boyu yaşatdığı və nəsildən-nəslə ötürdüyü qarşılıqlı dəstək, qayğıkeşlik, təmənnasız yardım kimi ənənələri davam etdirən gənclər qayğıya ehtiyacı olan tənha insanları diqqətdən kənarda qoymur, onlara həm qayğı, həm də ünsiyyət bəxş ediblər.

Bu təşəbbüsə ilk olaraq qoşulan Goranboy, Şəmkir, Bərdə, Biləsuvar, Zaqatala və Xaçmaz gəncləri öz rayonlarındakı qayğıya ehtiyacı olan insanları sevindiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gənclərə səslənərək onları #konulluqonaq təşəbbüsünə qoşulmağa dəvət ediblər.Oxu.Az

 

 

Xəbərlər

Ceyhun Bayramov Xarici İşlər naziri təyin edildi

Ceyhun Bayramov Xari...

access_time3 həftə əvvəl
Prezident Elmar Məmmədyarovu işdən çıxardı

Prezident Elmar Məmm...

access_time3 həftə əvvəl
İlham Əliyevin çağırışına səs verən minlərlə gənc qeydiyyata alınır - RƏSMİ

İlham Əliyevin çağır...

access_time3 həftə əvvəl
zoom_in zoom_out