Evləndikləri yerdə bir həftə sonra yas mərasimləri oldu - FOTO

Evləndikləri yerdə bir həftə sonra yas mərasimləri oldu - FOTO

Evləndikləri yerdə bir həftə sonra yas mərasimləri oldu - FOTO

person access_time 4 gün əvvəl
thumb_up 322 thumb_down 7 visibility2403

İranın “səhvən” vurduğu təyyarədə ölənlər arasında olan yeni evli cütlüklərin hekayəsi hamını kədərləndirib.

“Haber Global”ın verdiyi xəbərə görə, təyyarədə həlak olmuş cütlüklərdən biri Sara Mamani və Savaş Qafur-Azər Kanadanın Montreal şəhərində “Concordia Universiteti”ndə tanış olublar.

Onlar həmin universitetin mühəndislik fakültəsini bitirib, eyni ixtisas üzrə işləyiblər. Bir müddət bərabər yaşayan cütlük Montrealda ev də alıblar.

Daha sonra ailələrinin tanış olması üçün İrana gələrək orada toy edən Sara Mamani və Savaş Qafur-Azərin bir həftə sonra eyni şadlıq evində yas mərasimi keçirilib.

Qəzada həyatlarını itirən daha bir cütlük, Araş Pourzarabi və Punə Gorji də Kanadadan İrana evlənməyə gəliblər. Onlar Tehranda kompüter mühəndisliyi üzrə aldıqları təhsili davam etdirmək üçün 2017-ci ildə Kanadaya gediblər.

İranda toy mərasimlərindən sonra Kanadaya qayıdan cütlük dəhşətli qəzanın qurbanı olublar.

Qeyd edək ki, qəzada 82 İran, 63 Kanada, 11 Ukrayna, on İsveç, dörd Əfqanıstan, üç Almaniya və üç Böyük Britaniya vətəndaşı həlak olub.

Xəbərlər

Edama bir neçə saat qalmış əfv olundu

Edama bir neçə saat ...

access_time1 saat əvvəl
Edama bir neçə saat qalmış əfv olundu

Edama bir neçə saat ...

access_time2 saat əvvəl
Putin Kadırova yüksək vəzifə təklif etdi

Putin Kadırova yüksə...

access_time6 saat əvvəl
zoom_in zoom_out