Bu ilin ilk Ay tutulması başa çatdı - YENİLƏNİB

Bu ilin ilk Ay tutulması başa çatdı - YENİLƏNİB

Bu ilin ilk Ay tutulması başa çatdı - YENİLƏNİB

person access_time 6 gün əvvəl
thumb_up 322 thumb_down 7 visibility2465

2020-ci ilin ilk Ay tutulması başa çatıb. 

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından  bildirilib ki, birinci Ay tutulması  yanvarın 10-dan 11-nə keçən gecə baş verib. 

Bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi yanvarın 10-da saat 21:08-də başlayıb və yanvarın 11-i saat 01:12-də sona çatıb. Tutulmanın maksimumu saat 23:11-də olub. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olub. 

Adi gözlə izləmək isə çətin olub. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünüb. Tutulma hadisəsi Azərbaycanda da izlənilib. 

21:08

2020-ci ilin ilk Ay tutulması başlayıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Oxu.Az-a bildirilib ki, birinci Ay tutulması  yanvarın 10-dan 11-nə keçən gecə baş verir.

Bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi yanvarın 10-da saat 21:08-də başlayıb və yanvarın 11-i saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.

Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da izlənilə biləcək.

2020-ci ildə dörd Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin hesab edilir.

İkinci Ay tutulması 2020-ci il iyun ayının 5-dən 6-sına keçən gecə baş verəcək. Bu da həmçinin yarımkölgəli Ay tutulmasıdır.Oxu.Az

Xəbərlər

İstirahət günlərinin havası: 14 dərəcə şaxta olacaq

İstirahət günlərinin...

access_time1 saat əvvəl
Bakı metrosundan şad xəbər

Bakı metrosundan şad...

access_time1 saat əvvəl
Daxili İşlər naziri polkovnikə yüksək vəzifə verdi

Daxili İşlər naziri ...

access_time2 saat əvvəl
zoom_in zoom_out