Zelenski təyyarə qəzasının səbəbləri barədə mövqeyini dəyişdi

Zelenski təyyarə qəzasının səbəbləri barədə mövqeyini dəyişdi

Zelenski təyyarə qəzasının səbəbləri barədə mövqeyini dəyişdi

person access_time 6 gün əvvəl
thumb_up 543 thumb_down 7 visibility2684

Ukrayna təyyarəsinin İranda raketlə vurulması versiyası istisna olunmur.

“Vesti”nin məlumatına görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib. 

Bununla belə o, bu məlumatın təsdiqlənmədiyini də vurğulayıb.  

Qeyd edək ki, Zelenski bundan əvvəl qəzanın səbəblərinin araşdırılması ilə bağlı komissiyanın rəsmi nəticələri açıqlanana qədər fərziyyələrdən çəkinməyə çağırmışdı.

“Araşdırma komissiyasının heç olmasa ilkin hesabatını gözləmək lazımdır. Ukraynanın informasiya müharibəsində olduğu bir şəraitdə hər kəsdən manipulyasiyalar, fərziyyələr, sui-qəsd nəzəriyyələri, tələsik qiymətləndirmələr və yoxlanılmamış məlumatlardan uzaq durmağı xahiş edirəm”, - prezident bildirmişdi.

Ukrayna prezidenti eyni zamanda, “Facebook” səhifəsində bütün beynəlxalq tərəfdaşları, ilk növbədə Amerika Birləşmiş Ştatları, Kanada və Böyük Britaniya hökumətlərini qəza barədə məlumatları İstintaq Komissiyasına təqdim etməyə çağırıb. Onun sözlərinə görə, komissiyaya daxil olan ukraynalı mütəxəssislər işlərini davam etdirir.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın MAU şirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehran aeroportundan uçuşdan iki dəqiqə sonra yerə çırpılıb. Həmin vaxt göyərtədə olan 176 nəfərin hamısı həlak olub.

Xəbərlər

ABŞ-dan Rusiyadakı dəyişikliklərlə bağlı AÇIQLAMA

ABŞ-dan Rusiyadakı d...

access_time1 gün əvvəl
Prezident Administrasiyası rəsmisindən mediaya ÇAĞIRIŞ

Prezident Administra...

access_time1 gün əvvəl
Prezident yeni qanunu imzaladı - DƏYİŞİKLİK

Prezident yeni qanun...

access_time3 gün əvvəl
zoom_in zoom_out