Sabahın havası: Şaxta olacaq, yollar buz bağlayacaq

Sabahın havası: Şaxta olacaq, yollar buz bağlayacaq

Sabahın havası: Şaxta olacaq, yollar buz bağlayacaq

person access_time 8 ay əvvəl
thumb_up 543 thumb_down 7 visibility2399

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, yanvarın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Yanvarın 10-da Azərbaycanın rayonlarında arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 10-da Abşeron yarımadasında tutqun, rütubətli hava şəraitinin və arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbərlər

Ceyhun Bayramov Xarici İşlər naziri təyin edildi

Ceyhun Bayramov Xari...

access_time2 ay əvvəl
Prezident Elmar Məmmədyarovu işdən çıxardı

Prezident Elmar Məmm...

access_time2 ay əvvəl
İlham Əliyevin çağırışına səs verən minlərlə gənc qeydiyyata alınır - RƏSMİ

İlham Əliyevin çağır...

access_time2 ay əvvəl
zoom_in zoom_out