Duman olacaq, şərq küləyi əsəcək

Duman olacaq, şərq küləyi əsəcək

Duman olacaq, şərq küləyi əsəcək

person access_time 1 ay əvvəl
thumb_up 322 thumb_down 5 visibility2441

Dekabrın 29-na gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 29-30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbərlər

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ...

access_time1 gün əvvəl
Azərbaycanlı hakim İsveçdə ən yaxşı seçildi

Azərbaycanlı hakim İ...

access_time1 gün əvvəl
DİM imtahanın nəticələrini açıqladı

DİM imtahanın nəticə...

access_time2 gün əvvəl
zoom_in zoom_out