İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

person access_time 1 ay əvvəl
thumb_up 222 thumb_down 5 visibility2726

TEAS Press Nəşriyyat Evinin əmtəə nişanı olan “3 alma”nın təşkilatçılığı ilə Avropa Azərbaycan Məktəbində Azərbaycanın xalq yazıçısı, publisist İsmayıl Şıxlının 100 illiyinə həsr olunan növbəti tədbir keçirilib.

Hürriyət Azərbaycan-nın xəbərinə görə, məktəbin müəllim və şagird heyətinin iştirak etdiyi tədbirdə yazıçının övladları Elçin və Fərrux Şıxlı, həmçinin uşaq yazıçıları Zahid Xəlil, Reyhan Yusifqızı və Mürşüd İsmayılzadə də iştirak edib. Tədbir boyu İsmayıl Şıxlı yaradıcılığına aid videoreportajlar, “Dəli Kür” filmindən fraqmentlər nümayiş etdirildi, iştirakçılara yazıçı barədə ətraflı məlumatlar verilib. Qeyd edək ki, yubiley ili çərçivəsində “3 alma” tərəfindən dahi yazıçının cəbhə xatirələri və hekayələrindən ibarət “Məni itirməyin” adlı kitabı çap edilib.

Bundan başqa, bir sıra intellektual oyunlarda sualların müəllifi və uşaq yazıçısı Mürşüd İsmayılzadə də maraqlı və düşündürücü suallarla şagirdlərin dünyagörüşünü yoxlayıb. Suallara düzgün cavab verənlər “3 alma” tərəfindən kitablarla mükafatlandırılıb.

Bu, xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibəti ilə “3 alma” tərəfindən həyata keçirilən ikinci tədbirdir.APA

 

 

 

Xəbərlər

İlham Əliyev Xalq rəssamını təltif etdi

İlham Əliyev Xalq rə...

access_time4 gün əvvəl
Moskvada qədim Azərbaycan xalçalarının sərgisi keçiriləcək

Moskvada qədim Azərb...

access_time4 həftə əvvəl
Prezident Cənnət Səlimovanı təltif etdi

Prezident Cənnət Səl...

access_time1 ay əvvəl
zoom_in zoom_out