Dövrümüzün “Tarzan”ı - FOTO

Dövrümüzün “Tarzan”ı - FOTO

Dövrümüzün “Tarzan”ı - FOTO

person access_time 1 ay əvvəl
thumb_up 322 thumb_down 6 visibility2409

Təxminən yarım əsr əvvəl müharibə nəticəsində vyetnamlı oğlan cəngəlliyə düşüb.

Lenta.ru-nun xəbərinə görə, 41 il meşədə yaşayan Xo Van Lanq heç vaxt başqa insanlarla görüşməyib, televizor və avtomobillər haqqında yalnız sonradan eşidib.

Belə ki, 1972-ci ildə ABŞ hərbi təyyarələri Vyetnamda onun yaşadığı kəndi bombalayıblar.

Atasından başqa bütün ailəsi gözünün qabağında ölən Lanqın o zaman iki yaşı olub.

Düşmənlərdən qorunmaq üçün onlar cəngəlliyin yaxınlığında düşərgədə gizlənməli olublar.

Ac qalmamaq üçün onlar meyvə, tərəvəz, bal və öldürə bildikləri istənilən heyvanı yeyiblər.

Lanq meymun, siçovul, ilan, kərtənkələ, qurbağa, yarasa və quşların ətini dadıb, amma ən çox balıq ətini bəyənib.

Sivilizasiyadan uzaq qalan Lanqın dünya barədə düşüncələri sadəcə atasının dedikləri ilə məhdudlaşıb.

Sonradan Lanqın sağ qala bilən qardaşı onları tapıb və kəndə gətirib.

 

Xəbərlər

İranda iki nəfərdə koronavirus aşkarlandı

İranda iki nəfərdə k...

access_time13 saat əvvəl
Alternativsiz alternativ enerji

Alternativsiz altern...

access_time13 saat əvvəl
Türkiyənin bu vilayətində 3774 zəlzələ baş verib

Türkiyənin bu vilayə...

access_time21 saat əvvəl
zoom_in zoom_out