İstanbulda AXC nazirinə abidə qoyuldu - FOTO

İstanbulda AXC nazirinə abidə qoyuldu - FOTO

İstanbulda AXC nazirinə abidə qoyuldu - FOTO

person access_time 2 ay əvvəl
thumb_up 543 thumb_down 6 visibility2383

İstanbulun ən çox turistləri qəbul edən səmti Bəyoğluda Azərbaycanın və bütün türk dünyasının qəhrəman övladlarından biri, böyük şəxsiyyət, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və 2-ci Daxili İşlər naziri olmuş Behbud Xan Cavanşirin xatirə lövhəsinin açılışı olub. 

Bu barədə  tədqiqatçı jurnalist Dilgəm Əhməd məlumat verib. 

Onun sözlərinə görə, abidə Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən “Pera Palace” hotelinin yanında qoyulub.

Mərasimdə Behbud Xanın qardaşının nəvəsi Mahir bəy Əliyev, konsulluğun nümayəndələri və soydaşlarımız iştirak edib. 

Xatırladaq ki, 1921-ci il iyulun 18-də saat 23 radələrində İstanbulun “Pera-Palas” hotelinin önündə Daşnaksütun partiyasının üzvü və Ermənistan ordusunun keçmiş əsgəri Misak Torlakyan Behbud Xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir.oxu.az

 

Xəbərlər

Sabah yağış yağacaq

Sabah yağış yağacaq...

access_time13 saat əvvəl
Bakıda 42 yaşlı şəxs xəstəxanada ölüb

Bakıda 42 yaşlı şəxs...

access_time15 saat əvvəl
Paytaxtın bu hissəsində su olmayacaq

Paytaxtın bu hissəsi...

access_time15 saat əvvəl
zoom_in zoom_out