“Apple” 2020-ci ildə beş smartfon buraxacaq

“Apple” 2020-ci ildə beş smartfon buraxacaq

“Apple” 2020-ci ildə beş smartfon buraxacaq

person access_time 7 ay əvvəl
thumb_up 544 thumb_down 5 visibility2920

“Apple” şirkəti 2020-ci ildə birdən-birə beş yeni nəsil smartfon modeli buraxacaq.

“Macrumors” xəbər verir ki, yeni smartfonlar arasında 6,7 düym (17,018 sm) diaqonallı ekrana, həmçinin, 6,1 düymdən (15,5 sm) çox olmayan ekrana sahib “iPhone 11 Pro” modelinin olması istisna edilmir.

Məlumata görə, “Apple” “iPhone 11” seriyasının 5,4 düymlü (13,7 sm) və 4,7 düymdən (12 sm) çox olmayan modellərinin buraxılmasını planlaşdırır. Sonuncu model isə “iPhone SE”nin yenilənmiş analoqu olacaq. Bu modelin yeni versiyasında daha güclü prosessordan – A13-dən istifadə olunur. Bu model 2020-ci ilin birinci yarısında istifadəçilərin ixtiyarına verilə bilər.

2020-ci ildə buraxılan bütün modellər 5G ilə çalışacaq.

Xəbərlər

“Brent” markalı neft ucuzlaşıb

“Brent” markalı neft...

access_time2 həftə əvvəl
Neftin qiyməti ucuzlaşdı

Neftin qiyməti ucuzl...

access_time3 həftə əvvəl
Neftin qiyməti 43 dolları keçdi

Neftin qiyməti 43 do...

access_time1 ay əvvəl
zoom_in zoom_out