Nizami Paşayev 38 yaşında üçqat dünya çempionu oldu

Nizami Paşayev 38 yaşında üçqat dünya çempionu oldu

Nizami Paşayev 38 yaşında üçqat dünya çempionu oldu

person access_time 3 ay əvvəl
thumb_up 322 thumb_down 7 visibility2468

Beynəlxalq Ağır Atletika Federasiyası rəsmi şəkildə qazaxıstanlı atlet Vladimir Sedovun 2008-2016-cı illərdə qazandığı nəticələri ləğv edib.

Hürriyət Azərbaycan xəbər verir ki, buna səbəb idmançının dopinq testinin müsbət nəticə verməsidir.

Beləliklə, onun dünya çempionatından qazandığı üç medal (qızıl, gümüş və bürünc), eləcə də, Asiya birinciliyi zamanı əldə etdiyi üç mükafat (iki qızıl və bir gümüş medal) əlindən alınacaq. 31 yaşlı Sedov səkkiz il müddətinə diskvalifikasiya olunub.

Azərbaycan üçün bunun önəmi isə bundan ibarətdir ki, Vladimir Sedov 2009-cu ildə Cənubi Koreyanın Koyanq şəhərində keçirilmiş dünya çempionatında 94 kq çəki dərəcəsində çıxış edib və toplamda 402 kq qaldırıb. O, qızıl medal qazanarkən ikinci yeri Nizami Paşayev tutub. Nizaminin nəticəsi 387 kq olub.

Bu isə o deməkdir ki, 38 yaşlı Paşayev üçqat dünya çempionu olub. Həmçinin, üçüncü yeri tutmuş koreyalı Kim Min-ceyə gümüş, dördüncü yerdə qərarlaşmış onun həmyerlisi Kim Seon-conqa bürünc medal veriləcək. Digər azərbaycanlı atlet Rövşən Fətullayev isə altıncı sıradan beşinci yerə yüksəlib.

Qeyd edək ki, Nizami Paşayev 2002-ci ildə Varşavada və 2009-cu ildə Dohada dünya çempionu olmağı bacarıb. Bununla da o, üçqat dünya çempionu olmuş ilk azərbaycanlı kimi tarixə düşüb.Oxu.Az 

Xəbərlər

Tokio Olimpiadasına dörd həftəlik müddət verildi

Tokio Olimpiadasına ...

access_time1 həftə əvvəl
Nurməhəmmədov: “Ferqyusonla görüşümüzün vaxtı tezliklə açıqlanacaq”

Nurməhəmmədov: “Ferq...

access_time2 həftə əvvəl
Bu gün Olimpiya və Paralimpiya Oyunlarının taleyi videokonfransda müəyyənləşdiriləcək

Bu gün Olimpiya və P...

access_time2 həftə əvvəl
zoom_in zoom_out