Belarusdan Azərbaycana məhsul ixracı azalıb

Belarusdan Azərbaycana məhsul ixracı azalıb

Belarusdan Azərbaycana məhsul ixracı azalıb

person access_time 1 ay əvvəl
thumb_up 323 thumb_down 7 visibility2827

Belarus hakimiyyəti xarici ticarətin statistikasını hazırlayıb.

Açıqlamaya görə, ölkənin 10 ay ərzində məhsul ixracında bir milyard dollar geri düşdüyü məlum olub.

Banki24.by-ın xəbərinə görə, 10 ay ərzində ixrac axınının azaldılmasına üç dövlət - Birləşmiş Krallıq (mənfi 538 milyon ABŞ dolları (914 milyon AZN)), Niderland (mənfi 640 milyon dollar (1,088 milyon AZN)) və Azərbaycan (mənfi 263 milyon dollar (447 milyon AZN)) səbəb olub.

Statistikaya görə, Belarus, əsasən, İngiltərə və Niderlanda neft məhsulları ixrac edir. Rusiyanın vergi manevri tədricən Belarusdan maye karbohidrogenləri uzun məsafələrə tədarük etməyi yararsız hala gətirib. Bu da ixracın azalmasına səbəb olub.

10 ayda Azərbaycana ixrac 2018-ci ilə görə 3,3 dəfə azalıb.

Məsələ burasındadır ki, keçən il Azərbaycan Belarusdan hərbi texnika alıb. 2019-cu ildə birdəfəlik belə böyük alış olmayıb. Beləliklə, ixracat azalıb.

İxracın azalmasının səbəblərindən biri də Belarus rublunun dəyərdən düşməsi ilə əlaqələndirilir.

Xəbərlər

Mərkəzi Bankın strukturu dəyişdi

Mərkəzi Bankın struk...

access_time1 gün əvvəl
İqtisadiyyat naziri: Əhalinin gəlirləri orta illik inflyasiyanı üstələyib

İqtisadiyyat naziri:...

access_time1 gün əvvəl
SOCAR 2019-cu ildə 7,7 milyon ton neft hasil edib

SOCAR 2019-cu ildə 7...

access_time1 gün əvvəl
zoom_in zoom_out