Şəhriyar Məmmədyarov Rumıniyadakı turnirdə ikinci yerdədir

Şəhriyar Məmmədyarov Rumıniyadakı turnirdə ikinci yerdədir

Şəhriyar Məmmədyarov Rumıniyadakı turnirdə ikinci yerdədir

person access_time 1 həftə əvvəl
thumb_up 323 thumb_down 8 visibility2385

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən şahmatın rapid və blits üzrə Superbet turnirində Şəhriyar Məmmədyarov ikinci pillədədir.

Hürriyət Azərbaycan xəbər verir ki, rapid üzrə keçirilən doqquz turdan sonra Şəhriyar 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Məmmədyarovla eyni xala malik şahmatçılar Niderland təmsilçisi Aniş Qiri və ermənistanlı Levon Aronyandır. Birinci sıraya isə heç kimin gözləmədiyi halda, ukraynalı şahmatçı Anton Korobov rəhbərlik edir. Onun aktivində 12 xal var.

Qeyd edək ki, şahmatçımız doqquz tur ərzində Le Kuanq Lyem (Vyetnam), Vladislav Artemyev (Rusiya), Vişvanatan Anand (Hindistan), Anton Korobov (Ukrayna), Levon Aronyan (Ermənistan) və Sergey Karyakinlə (Rusiya) heç-heçə edib. Yalnız IV turda Uesli Soya (ABŞ) uduzan Şəhriyar Məmmədyarov Aniş Qiri (Niderland) və Fabiano Karuananı (ABŞ) məğlub edə bilib.

Bu gün turnirdə blits partiyalara start veriləcək. 18 turdan ibarət olan blits görüşlər bu gün və sabah baş tutacaq.

Xəbərlər

Futbol millimiz Slovakiyada ilin sonuncu görüşünə çıxır

Futbol millimiz Slov...

access_time5 saat əvvəl
Amerikalı MMA döyüşçüsü: Həbib Tonini on görüşdən səkkizində döyər

Amerikalı MMA döyüşç...

access_time1 gün əvvəl
Şəhriyar Məmmədyarov bu gün Avropa Kubokunun qalibi ola bilər

Şəhriyar Məmmədyarov...

access_time3 gün əvvəl
zoom_in zoom_out