“Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik”- İlham Əliyev

“Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik”- İlham Əliyev

“Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik”- İlham Əliyev

person access_time 3 həftə əvvəl
thumb_up 323 thumb_down 9 visibility2721

“Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, ümumi daxili məhsul üç dəfədən çox artıb. Azərbaycana 270 milyard dollardan artıq sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik”.

Hürriyət Azərbaycan  xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Prezident bildirib ki, Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir: “Təkcə bu il minimum əmək haqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artmışdır. 280 mindən çox insanı əhatə edən 68 min ailə ünvanlı sosial yardımdan faydalanır və hər bir ailə təxminən 140 ABŞ dolları ekvivalentində aylıq sosial yardım alır. Son 15 il ərzində Azərbaycanda 3200-dən çox məktəb və 640-dan çox xəstəxana və tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Üç yüz mindən çox məcburi köçkün pulsuz evlər və mənzillərlə təmin edilmişdir. Məcburi köçkün ailələrinə orta hesabla 180 ABŞ dolları ekvivalentində aylıq müavinət verilir”.

Ölkə başçısı qeyd edib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur:

“Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir. Azərbaycan kosmik ölkədir. Hazırda ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən üç peykimiz var. Əhalimizin 80 faizi internet istifadəçisidir”.

Xəbərlər

Mikayıl Cabbarov xəbərdarlıq etdi

Mikayıl Cabbarov xəb...

access_time5 gün əvvəl
Bu şəxslərin maaşı artırıldı

Bu şəxslərin maaşı a...

access_time5 gün əvvəl
Dünya varlıları banklara güvənmirlər

Dünya varlıları bank...

access_time6 gün əvvəl
zoom_in zoom_out